DİM müsahibələrin keçirilmə qrafikini AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

DİM müsahibələrin keçirilmə qrafikini AÇIQLADI

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibələr Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Tarif Şurasının Katibliyi, Maliyyə Nazirliyi və məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə fevralın 21-dən başlanılacaq və martın 16-dək davam edəcək.

11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı buradan (http://eservices.dim.gov.az/dqq/diger/MsbMshQrafiki.aspx?ElanID=2) əldə edə bilər.

Dövlət İmtahan Mərkəzinin saytında fevralın 23-ə qədər olan müsahibələrin qrafiki verilib. Digər namizədlərlə müsahibələrin keçirilmə qrafiki də yaxın günlərdə elan olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm