Bu, Cümhuriyyətin ən mühüm işlərindən biridir
Bizi izləyin

Elm və təhsil

Bu, Cümhuriyyətin ən mühüm işlərindən biridir

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətində Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində universitetin 100 illik yubileyinin müxtəlif illərdə Bakı Dövlət Universitetini bitirmiş suraxanılı məzunların iştirakı ilə keçirilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamından danışan İlqar Abbasov Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən, Bakı Dövlət Universitetinin də məhz milli hökümət tərəfindən yara­dılmasından bəhs edib, universitetin xalqımızın təhsil və elm tarixində oynadığı rola diqqət çəkib.

Sonra Azərbaycan Respublikası Prezideti yanında “Bilik” Fondunun rəhbəri Oqtay Səmədov BDU ilə rəhbərlik etdiyi qurum arasındakı əlaqələrdən, universitetin yubileyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərdən, birgə əməkdaşlıq məsələlərindən bəhs edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncamlardan danışıb. Bildirib ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsini Cümhuriyyətin gördüyü mühüm işlərdən biri olduğunu deyən rektor əlavə edib ki, milli hökumət yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atıb. Rektor o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər haqqında da danışıb. Bakı Dövlət Universitetinin tarixi ilə ölkəmizin tarixi arasında bir vəhdət, üzvi əlaqə mövcud olduğunu deyən rektor qeyd edib ki, BDU-nun yaradılması tarixinə nəzər saldıqda, təsis edildiyi günə kimi respublikamız kimi onun da nə qədər çətinliklərlə üzləşdiyini müşahidə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm