Bölgələr üzrə buraxılış imtahanlarının vaxtı açıqlandı
Bizi izləyin

Elm və təhsil

Bölgələr üzrə buraxılış imtahanlarının vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafikini açıqlayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi martın 4-ü, 11-i və 18-də keçiriləcək.

Tarix

Şəhər (rayon)

04.03.2018

Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası

11.03.2018

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran

18.03.2018

Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir,Balakən, Zaqatala,Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik,Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcəkdir.

4 mart 2018-ci il tarixində keçiriləcək imtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm