“Türk dünyasını qafalarda birləşdirmək lazımdır” - Tarixçi alim
Bizi izləyin

Elm və təhsil

“Türk dünyasını qafalarda birləşdirmək lazımdır” - Tarixçi alim

“Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.

AMEA-nın Tarix İnstitutundan Publika.az-a verilən məlumata görə, bunu institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumunda çıxışı zamanı deyib.

Y.Mahmudov bildirib: "Bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Terror təşkilatlarını böyük dövlətlər yaradır”.

Tarixçi alim qeyd edib ki, soyqırımları və terror xaç yürüşləri zamanı Avropadan başlayıb: “Böyük coğrafi kəşflər zamanı Avropadan yeridilən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki dünya müharibəsi Avropadan başlayıb, Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır”.

Y.Mahmudovun sözlərinə görə, Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövlətinin olmadığı sübuta yetirilib:

“Tarixinə sahib çıxmayan xalq gec-tez başqalarına yem olur. Bütün türk dünyasını qafalarda birləşdirmək lazımdır. Heç zaman nə Rusiya, nə də Avropa ölkələri ermənilərə “Böyük Ermənistan” dövləti yaratmayacaqlar. Bu, onlara sərf etmir. Amma çirkin niyyətlərini həyata keçirməkdən ötrü ermənilərdən istifadə edirlər”.

Simpozium çərçivəsində Yaqub Mahmudov “Xocalı şəhidləri xatirə ormanı”nın salınmasında və orada ilk ağacların əkilməsində iştirak edib. Tədbirdə, həmçinin Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlı sənədli film də nümayiş etdirilib. Filmin məsləhətçisi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ssenari müəllifi, rejissoru və prodüseri isə BDU-nun əməkdaşı Leyla Rəşiddir.

Xatırladaq ki, beynəlxalq simpozium 6 qurumun - Türk Tarix Qurumu, Ankara Yıldırım Bəyazid Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycanın Türkiyədəki səfirliyi, Pursaklar bələdiyyəsi və “Tarixdaş - Millətlər və Cəmiyyətlər” dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm