“Azərbaycan klassiklərinə” yeni nəfəs verildi - - FOTO
Bizi izləyin

Elm və təhsil

“Azərbaycan klassiklərinə” yeni nəfəs verildi - - FOTO

TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr olunan kitablar siyahısına yeni “Azərbaycan klassikləri” seriyası əlavə edilib.

Nəşriyyat Evindən verilən xəbərə görə, bu seriyaya daxil olan kitablara Azərbaycanın ən görkəmli yazar və şairlərindən olan Nizami Gəncəvi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Xanimana Əlibəyli, Hikmət Ziya, Teymur Elçin, Tofiq Mahmud, Məmmədhüseyn Təhmasibin uşaqlar üçün yazdığı hekayələri, şeirləri, xatirələri daxildir.

“Azərbaycan klassikləri” seriyasına ölkəmizin ədiblərinin orta məktəb dərsliklərində adı çəkilən və ya ixtisarla tədris olunan əksər əsərləri daxildir.

Seriyanın kitabları yeni tərtibatda hazırlanıb. Peşəkar rəssamlar tərəfindən çəkilmiş illüstrasiyalar bu kitablara fərqli rəng qatır. Hələlik 20-yə yaxın müəllifin əsərlərini əhatə edən bu seriya yaxın zamanda işıq üzü görəcək.

TEAS Press Nəşriyyat evi “3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir.

Nəşriyyatın məqsədi mütaliəni əyləncəli prosesə keçirmək, uşaqları maariflənməyə və kitab oxumağa həvəsləndirmək, hələ kiçik yaşlardan oxucu auditoriyası qazanmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm