Oksforddan azərbaycanlı ALİMƏ TƏKLİF
Bizi izləyin

Elm və təhsil

Oksforddan azərbaycanlı ALİMƏ TƏKLİF

Azərbaycan Milli Elmlər Akademiyasının akadrmiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlük təklif edilib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, sözügedən təşkilatın Ekspertlər Şurası V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini, tədqiqatlarının nəticələrinin elm və istehsalın inteqrasiyasına verdiyi töhfəni yüksək qiymətləndirərək bu barədə qərar qəbul edib.

Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük akademik V.Fərzəliyevin elmi fəaliyyətinin bütün dünyada daha da tanıdılmasına, həmçinin cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərlə bağlı məlumatlandırmağa əlavə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılıb. Bununla bağlı memorandum dünyanın 30 ölkəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanıb. Birliyin təsis olunmasında əsas məqsəd XXI əsrdə elm və təhsilin inkişafı üçün alimlərin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm