Elm Festivalının keçiriləcəyi tarix açıqlandı
Bizi izləyin

Elm və təhsil

Elm Festivalının keçiriləcəyi tarix açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək.

Publika.az xəbər verir ki, Rəyasət Heyətinin bugünkü iclasında festivalın keçirilmə tarixi açıqlanıb.

İclasda akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014 və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb.

İclasda vətəndaşlar tərəfindən yüksək maraqla qarşılanan belə tədbirlərin miqyasını genişləndirmək məqsədilə 9-30 oktyabr tarixlərində növbəti Beynəlxalq Elm Festivalının keçirilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm