AMEA-nın 61 əməkdaşına mənzil verildi
Bizi izləyin

Elm və təhsil

AMEA-nın 61 əməkdaşına mənzil verildi

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının 61 əməkdaşına mənzil verilib.

Publika.az xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətində qərar qəbul edilib.

Hesabat ilində AMEA-nın yeni mənzil fondunun qəbul edilməsi və ehtiyacı olan əməkdaşlara paylanması istiqamətində inşa edilmiş binada 61 mənzil Akademiyanın yataqxanasında yaşayan əməkdaşlara təhvil verilib.

Eyni zamanda Abşeron rayonunun Saray qəsəbəsində 7 hektar ərazidə AMEA-nın əməkdaşları üçün yaşayış kompleksinin salınması istiqamətində müzakirələr aparılıb, onların güzəştli şərtlərlə təqdim edilməsi istiqamətində işlər görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm