Elm və təhsil
Təhsil Nazirliyi müsabiqə nəticələrini nə zaman açıqlayacaq?
Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası və fərdi kateqoriya üzrə ümumilikdə 900-ə yaxın layihə təklifi qəbul edilib. Layihə təklifləri ilkin olaraq texniki ekspertizadan keçiriləcək. Müsabiqə meyarlarına və kriteriyalarına uyğun gələn təkliflər Ekspert Qrupu tərəfindən qiymətləndiriləcək. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında dəstəklənməsi məqsədəuyğun sayılan layihə rəhbərlərinin adlarını cari ilin aprel ayının sonunda Təhsil Nazirliyinin veb saytı vasitəsi ilə elan edəcək.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə keçirilib.
Qeyd edək ki, fevralın 14-də dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!