Millət vəkilindən peşə təhsilinin inkişafı ilə bağlı TƏKLİF
Bizi izləyin

Elm və təhsil

Millət vəkilindən peşə təhsilinin inkişafı ilə bağlı TƏKLİF

Peşə təhsili sistemi genişləndirilməli, peşə təhsili ilə bağlı özəl müəssisələr yaradılmalıdır.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili özəl təhsil müəssisələrində xərclərin dövlət və vətəndaş arasında bölüşdürülməsini təklif edib: “Həmin müəssisələrdə bir şagirdin təhsili 40 manata başa gəlirsə, onun 20 manatı vətəndaş, 20 manatı dövlət tərəfindən ödənilə bilər. Bu sahədə müasirləşməyə imkan yaratmaq lazımdır. Bəzən ali məktəblərdə belə tələbə 3-cü kursa çatanda artıq təhsil aldığı ixtisasın əhəmiyyətini itirdiyini görür. Ölkəmizdə qızların, qadınların peşə təhsili məsələsi aktualdır. Sahibkarları stimullaşdırmaq, vergidən azad emək lazımdır ki, peşə təhsili müəssisələri açsınlar. Qızlarımız bu müəsisələrdə peşə təhsili alsınlar. Bu gün qızlar 4 il özəl universitetdə oxuyur, lakin sonra aldığı təhsil üzrə işləmir, əmək bazarında yer tapmır. Bu qızlara peşə təhsili vermək lazımdır ki, sabah ailə yükünün yarısını bölüşə bilsinlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm