Şagirdlərin 70 faizi bu sualdan imtina edir - DİM SƏDRİ
Bizi izləyin

Elm və təhsil

Şagirdlərin 70 faizi bu sualdan imtina edir - DİM SƏDRİ

2013-cü il illə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Direktorlar Şurasının iclasında çıxışı zamanı M.Abbaszadə həmçinin Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edib.

“İngilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilib. Nəticələrin təhlili göstərir ki, qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə “siz necə düşünürsüz” tipli suallarda imtinaların sayı daha yüksəkdir (70 %)”.

Bununla bağlı sədr qeyd edib ki, həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir ki, problemin həlli yolu müəyyən edilsin.

Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, Şura üzvü Ceyhun Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilib və nəticələr təhlil olunub. Müzakirələr zamanı qeyd olunub ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm