Elm və təhsil
Cümhuriyyət dövründə dil problemləri - MÜZAKİRƏ
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və nitq mədəniyyəti” kafedrasının əməkdaşları və Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil problemləri” mövzusunda tədbir keçirilib.
Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbirin təşkilatçısı, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Ofelya Piriyeva ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olmasını dəfələrlə bəyan etməsini, prezident İlham Əliyevin 2018-ci ilin Respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı sərəncamını xatırladıb. O, AXC-nin yaranması tarixinin önəmindən, həmin dövrdə olan dil problemlərindən bəhs edib.
Daha sonra çıxış edən tələbələr – Sadiq Əhmədli, Fidan Mirzəyeva, Rəbiyyə Hümbətli, Məhəmməd Mustafayev AXC-nin fəaliyyət göstərdiyi iki il ərzində Azərbaycan dilinin dövlət dili kimi inkişafından, onun təhsil və tədrisdə yeri, məktəblərin milliləşdirilməsi məsələlərindən bəhs edib, həyata keçirilən islahatlarda danışıb, ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetinin Cümhuriyyət dövründə təsis edildiyini bildiriblər. Tədbir Kitabxanaçılıq və informasiya fakültəsi tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq