AMEA alimlərə qızıl medal və 10 min manat PUL VERDİ
Bizi izləyin

Elm və təhsil

AMEA alimlərə qızıl medal və 10 min manat PUL VERDİ

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub.

Onun sözlərinə görə, qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim edilib.

Müsabiqənin nəticələrinə görə neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.

Rəyasət Heyəti adları çəkilən alimlərin medalla təltif olunması və hər birinə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm