Vakant vəzifələrə qəbulda son gün
Bizi izləyin

Elm və təhsil

Vakant vəzifələrə qəbulda son gün

Martın 7-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarında olan vakant vəzifələrə qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, inzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun olan rəhbər vəzifələr üzrə (A növü) və inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat sabah saat 18:00‑dək davam edəcək.

27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 279 vakant icraçı vəzifələri üzrə 6 aprel saat 11:00-dək olan məlumata əsasən, 206 müraciət qeydə alınıb.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm