Rektor gənc alimlərlə görüşdü - FOTO
Bizi izləyin

Elm və təhsil

Rektor gənc alimlərlə görüşdü - FOTO

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 2017-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş 200-ə yaxın gənc alim və mütəxəssislə görüşüb.

BDU-nun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, universitetin dünyanın bir sıra qabaqcıl elm, təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqram, qrantlarda iştirak etdiyini deyən rektor, doktorantları bu layihələrə qatılmağa çağırıb.

Rektor artıq iki ildir ki, Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradıldığını deyərək doktorantlara bu bazadan istifadə etməyi məsləhət görüb. Dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi üçün artıq bir neçə ildir ki, hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması, doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları barədə danışıb.

Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev ikili rəhbər və ya məsləhətçinin üstünlüklərindən danışıb, elmi-tədqiqat işləri ilə əlaqədar xaricə göndərilən doktorantlar barədə məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm