Qabiliyyət imtahanında qiymətləndirmə necə olacaq? - AÇIQLANDI
Bizi izləyin

Elm və təhsil

Qabiliyyət imtahanında qiymətləndirmə necə olacaq? - AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri çap edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 -təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman adlı kitabçada təqdim edilib.

Vəsaitlərdə həmçinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilib.

Vəsaitləri DİM-in binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm