Bu ixtisaslarda keçid balını ödəyənlərin sayı azalıb - DİM AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Bu ixtisaslarda keçid balını ödəyənlərin sayı azalıb - DİM AÇIQLADI

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib, 1 namizəd isə imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. İmtahanda 605 namizəd (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlər istisna olmaqla) müsabiqə şərtini ödəyib (40 və daha çox bal toplamış) və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanıb. Ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) müalicə işi, pediatriya istiqaməti üzrə 84 bal, stomatologiya istiqaməti üzrə 73 bal, tibbi profilaktika istiqaməti üzrə 75 bal olub.

Namizədlərə baza fənləri – insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya, patoloji fiziologiya), mikrobiologiya, farmakologiya və biokimya – üzrə 100 test tapşırığı təqdim olunub. İmtahanda istifadə olunan 100 (yüz) test tapşırığından 10-u (İnsan fiziologiyası fənni və Patologiya bloku üzrə) açıq formalı (hər blok üzrə ayrılıqda 2-si uyğunluğun müəyyən edilməsini tələb edən, 3-ü isə seçim tipli) olub. Namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilib, səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərməyib.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) Bakı və Naxçıvan şəhərlərində iyulun 8-də keçiriləcək. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün namizədlər iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

İstiqamətlər üzrə 40 VƏ DAHA ÇOX BAL TOPLAYANLARIN SAYI*

İstiqamətlər

2017-ci il

2018-ci il

Fərq

(nəfər)

Müalicə işi, pediatriya

547

502

-45

Stomatologiya

34

31

-3

Tibbi profilaktika

50

72

22

İmtahanda iştirak edənlərin ümumi sayı

1065

1074

9

*_Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə sənəd verənlərin nəticələri nəzərə alınmayıb.

Cədvəldən göründüyü kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə müalicə işi, pediatriya və stomatolgiya istiqamətləri üzrə müsabiqə şərtini ödəyən (40 və daha çox bal toplamış) namizədlərin sayı azalıb, tibbi profilaktika istiqaməti üzrə isə artmışdır.

Beləliklə, ballar üzrə histoqramı təqdim edirik (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlərin nəticələri istisna olmaqla):

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbulun baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının statistik göstəriciləri

İstiqamət I – Müalicə işi, pediatriya (hərbi tibb fakültəsinin məzunları istisna olmaqla)

Namizədlərin sayı : 804

Ballar üzrə histoqram

Bal intervalları

Namizədlərin sayı

96 - 100

0

91 - 95

0

86 - 90

0

81 - 85

5

76 - 80

11

71 - 75

23

66 - 70

30

61 - 65

48

56 - 60

80

51 - 55

84

46 - 50

97

41 - 45

99

36 - 40

104

0 - 35

223

İstiqamət: II – Stomatologiya

Namizədlərin sayı : 58

Ballar üzrə histoqram

Bal intervalları

Namizədlərin sayı

96 - 100

0

91 - 95

0

86 - 90

0

81 - 85

0

76 - 80

0

71 - 75

1

66 - 70

1

61 - 65

4

56 - 60

3

51 - 55

6

46 - 50

5

41 - 45

8

36 - 40

7

0 - 35

23

İstiqamət: III – Tibbi profilaktika

Namizədlərin sayı : 120

Ballar üzrə histoqram

Bal intervalları

Namizədlərin sayı

96 - 100

0

91 - 95

0

86 - 90

0

81 - 85

0

76 - 80

0

71 - 75

1

66 - 70

4

61 - 65

13

56 - 60

9

51 - 55

9

46 - 50

16

41 - 45

14

36 - 40

19

0 - 35

35

Məlumat üçün bildirək ki, keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan namizədin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balı müvafiq ixtisası öz ərizəsində göstərən namizədlərin sayı, ixtisas üzrə plan yerləri və namizədlərin imtahan nəticələri əsasında formalaşdığından hər il dəyişir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm