Tarix Muzeyində tələbələr üçün “açıq dərs”
Bizi izləyin

Elm və təhsil

Tarix Muzeyində tələbələr üçün “açıq dərs”

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Tarixin tədrisində sinifdənxaric iş” mövzusunda “açıq dərs” təşkil olunub.

Publika.az-a muzeydən verilən məlumata görə, “açıq dərs”də Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri iştirak ediblər.

BDU-nun tarix fakültəsinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosentləri Mətanət Məmmədova və Sevinc Qasımovanın “Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən arxeoloji materiallar”, “Tarixin tədrisində tarixi şəxsiyyət problemi”, “Azərbaycanda tarix-diyarşünaslıq muzeyləri” və “Tarixin tədrisi metodikasında bədii ədəbiyyatdan istifadə” mövzularında təqdimatları dinlənilib.

Mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı cəmiyyətdə elmin mühüm rolunu qeyd edib, müzakirə olunan mövzuların əhəmiyyətini vurğulayıb, tələbələrə tövsiyələrini verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm