İmtahanların düzgün cavabları açıqlandı
Bizi izləyin

Elm və təhsil

İmtahanların düzgün cavabları açıqlandı

Aprelin 15-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları (http://dim.gov.az/…/239/239e9b4fa8e126c400507870132dc8dc.pdf) açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xatırladaq ki, gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm