Bu imtahanda qadınlar kişilərdən daha çox uğur əldə edir - DİM
Bizi izləyin

Elm və təhsil

Bu imtahanda qadınlar kişilərdən daha çox uğur əldə edir - DİM

Aprelin 22-də inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfəri kişi, 634 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib.

İmtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib.

25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib.

İmtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 18 fevral tarixində keçirilən imtahanda da eyni idi. Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir.35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib. Bu 18 fevral tarixində keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir.

İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Ümumi məlumat

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

20-24

483

265

54.9

25-29

710

305

43.0

30-34

286

79

27.6

35-39

100

18

18.0

40-44

42

7

16.7

45-49

16

1

6.3

50-54

20

1

5.0

55-59

12

0

0.0

60-64

3

0

0.0

Cəmi:

1672

676

40.4

Kişi və qadınlar üzrə məlumat

Cinsi

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

Kişi

20-24

286

147

51.4

Kişi

25-29

445

187

42.0

Kişi

30-34

176

46

26.1

Kişi

35-39

63

8

12.7

Kişi

40-44

30

4

13.3

Kişi

45-49

12

1

8.3

Kişi

50-54

14

1

7.1

Kişi

55-59

10

0

0.0

Kişi

60-64

2

0

0.0

Kişilər üzrə cəmi:

1038

394

38.0

Qadın

20-24

197

118

59.9

Qadın

25-29

265

118

44.5

Qadın

30-34

110

33

30.0

Qadın

35-39

37

10

27.0

Qadın

40-44

12

3

25.0

Qadın

45-49

4

0

0.0

Qadın

50-54

6

0

0.0

Qadın

55-59

2

0

0.0

Qadın

60-64

1

0

0.0

Qadınlar üzrə cəmi:

634

282

44.5

Yekun:

1672

676

40.4

Oxumağa davam et
Reklam
Reklam

Gündəm