Məktəblilərin yaz tətilinin VAXTI DƏYİŞDİ
Bizi izləyin

Elm və təhsil

Məktəblilərin yaz tətilinin VAXTI DƏYİŞDİ

Bəzi məktəblərin yaz tətillərinin günlərində dəyişiklik edilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu dəyişikliyin səbəbi “2018 Formula 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkətin məhdudlaşdırılmasıdır.

“Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə mayın 1-dən 5-dək müəyyən edilən yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm