İmtahan verənlərin 44 faizi uğur qazanıb
Bizi izləyin

Elm və təhsil

İmtahan verənlərin 44 faizi uğur qazanıb

Aprelin 22-də dövlət qulluğuna qəbul imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumatda qeyd olunur ki, qeydiyyatdan keçmiş 1672 namizəddən 1490 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 658 (44.2%) nəfər imtahandan uğurla keçib.

İmtahandan uğurla keçənlərin faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Bal intervalı

Qeydiyyatdan keçib

Test imtahanından uğurla keçib

Faizlə

(%)

0-100

7

0

12.5

101-200

60

15

25.0

201-300

296

99

33.4

301-400

446

184

41.3

401-500

382

201

52.6

501-600

233

121

51.9

601-700

66

38

57.6

Yekun:

1490

658

44.2

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 182 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb. Onlardan yalnız 18 nəfər (9.9%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 5 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm