Təkliflər Orfoqrafiya Komissiyasına təqdim edildi
Bizi izləyin

Elm və təhsil

Təkliflər Orfoqrafiya Komissiyasına təqdim edildi

Orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər Orfoqrafiya Komissiyasına təqdim edilib.

Publika.az xəbər verir ki, bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutu Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclasında bildirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İşçi qrupunun sədri, akademik İsa Həbibbəyli yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb və bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İşçi qrupu öz işini yekunlaşdıraraq Orfoqrafiya Komissiyasına təqdim edib.

Qeyd edək ki, dörd ay müddətində komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm