Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin sayı açıqlandı
Bizi izləyin

Elm və təhsil

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin sayı açıqlandı

Jurnalistika ixtisası üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil almaq istəyən 10 nəfər qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, qeydiyyatdan keçənlərin 9 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrlarıdır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və mayın 7-də vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda), təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı aşağıdakı sənədləri mütləq gətirməlidirlər.

Qeyd edək ki, yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm