• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Sinifdə 1 nəfər 700, 7 nəfər 600-dən çox BAL TOPLADI - Rayon məktəbindən MÖHTƏŞƏM UĞUR

Sinifdə 1 nəfər 700, 7 nəfər 600-dən çox BAL TOPLADI - Rayon məktəbindən MÖHTƏŞƏM UĞUR

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin şagirdləri bu il keçirilən qəbul imtahanında yüksək nəticələr əldə edib.

Məktəbin direktoru Qalib Bəşirovun Publika.az-a verdiyi məlumata görə, məktəbdə iki 11-ci sinif var. Yalnız bir sinifdən şagirdən biri 700, yeddi şagird isə 600 baldan yüksək nəticə göstərib.

“Ötən gün keçirilən qəbul imtahanı nəticələrinə görə, 11a sinfinin şagirdi Vasif Əsədov 700 bal toplayıb. Bundan başqa həmin sinifdən Səbinə Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610, Ceyran Mehdiyeva isə 605 bal toplayıb. Bunlar hələ ki, müəllimlərin hesablaması nəticəsində əldə edilən nəticələrdir. Sabah imtahan nəticəsi Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanacaq o zaman şagirdlərimizin topladığı bal daha dəqiq olacaq. Lakin mayın 13-də həmin sinifdən iki şagird Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655 toplayıb. Onların nəticələri təsdiqlənib. Ramil Ağayev iyul ayında keçiriləcək imtahana da qatılacaq, ondan da maksimum nəticə göstərməyini gözləyirik”.

Direktor onu da vurğulayıb ki, 11b sinfinin şagirdləri də bu il imtahanda yüksək nəticə göstərib:

“Həmin sinifdə 600 balı keçən olmasa da, 500 baldan çox toplayan şagirdlərimiz var. Ümumiyyətlə, bizim məktəbin şagirdləri hər il qəbul imtahanlarından yüksək nəticə göstərir. Ən uğurlu məktəblər sırasında yer alır”.

Qeyd edək ki, 2016-cı ildə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə bir sinfin 25 nəfər şagirdindən 17 nəfəri ali məktəbə, qalanları isə orta ixtisas məktəblərinə daxil olmuşdu.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR