Elm və təhsil
Azərbaycanlı alim nüfuzlu beynəlxalq jurnalın üzvü seçildi
Bakı Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov nüfuzlu beynəlxalq “Humanities and Social Science Research” (“Humanitar və sosial elmlər”) jurnalının redaksiya heyətinin üzvü seçilib.

Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, “Humanities and Social Science Research” açıq girişli, «double-blind» tipli rəydən keçirilən beynəlxalq elmi jurnaldır. “IDEAS SPREAD” nəşriyyatı tərəfindən çap olunan jurnalda antropologiya, sosiologiya, siyasət, mədəniyyət, fəlsəfə, iqtisadiyyat, təhsil, menecment, incəsənət, psixologiya, arxeologiya, dilçilik, hüquq və siyasət, ədəbiyyat, fəlsəfə və din sahələri ilə bağlı elmi məqalələr nəşr olunur.
Jurnalın Böyük Britaniya və ABŞ daxil olmaqla, müxtəlif ölkələrdən nüfuzlu elm adamlarından təsis olunan redaksiya heyətinə ilk dəfə olaraq Azərbaycan elm adamı daxil edilir.
Qeyd edək ki, ölkəmizin tanınmış iqtisadçısı olan Amil Məhərrəmov, eyni zamanda, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru, “İqtisadi və siyasi elmlər” jurnalının redaksiya şurasının sədri, Yeddicildlik “Böyük İqtisadi Ensiklopediya”nın Baş redaktorunun müavini, Azərbaycan Kooperasiya Universitetinin “Kooperasiya” elmi-praktiki jurnalının redaksiya heyətinin üzvüdür.
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!







.jpg)




























