11 iyunadək VAXTINIZ VAR
Bizi izləyin

Elm və təhsil

11 iyunadək VAXTINIZ VAR

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, qeydiyyat iyunun 4-dən 11-dək davam edəcək.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq. İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm