AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olundu
Bizi izləyin

Elm və təhsil

AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olundu

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları sahiblərinə təqdim olunub.

Akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, akademiyanın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatlarına layiq görülüblər.

Akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatları verilib.

Xalq Rəssamı Tahir Salahov Azərbaycan incəsənətində böyük xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına layiq görülüb.

Qeyd edək ki, ki, adlı mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 2018-ci il 15 fevral tarixli qərarı ilə elan edilib. Rəyasət Heyəti aprelin 5-də keçirilmiş iclasında müsabiqənin nəticələrinə uyğun olaraq alimlərin bu mükafatlara layiq görülməsini qərara alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm