Nazir müavinlərinin heç biri zəngimə cavab vermədi - Deputat
Bizi izləyin

Elm və təhsil

Nazir müavinlərinin heç biri zəngimə cavab vermədi - Deputat

“Mən Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman problemləri kiçik çevrədə diqqətə çatdırmağa çalışıram. Bura gəlməmişdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə şəhər telefonundan zəng etdim, heç biri cavab vermədi”.

Publika.az-ın xəbərinə görə, bunu millət vəkili Elşən Musayev “Təhsil haqqında qanun”a təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili nazir müavinlərinə zəng etməkdə məqsədinin problemlərlə bağlı fikirlərini onlara çatdırmaq olduğunu bildirib. O, son zamanların gündəmdə olan mövzusu – bağçadakı olaydan danışaraq bunları deyib: “Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu barədə düşünmək lazımdır. Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur. Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm