Magistraturaya qəbul olanların qeydiyyatı başladı
Bizi izləyin

Elm və təhsil

Magistraturaya qəbul olanların qeydiyyatı başladı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Publika.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edib.

Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər və onlar boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm