• USD 1,7000 0,00% EUR 1,8926 -0,34%
    • GBP 2,2757 -0,53% RUB 0,0271 0,00%

Attestatların verilməsinə başlanıldı

Attestatların verilməsinə başlanıldı

İyunun 21-də keçirilmiş buraxılış imtahanlarında iştirak edən şagirdlərin təhsil sənədinə yazılacaq yekun qiymətlər “Şagird-məzun” sisteminə daxil edilib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, bu imtahanda iştirak edən məzunların bitirdiyi ümumtəhsil müəsisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyun 2018-ci il tarixində Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən bu imtahanlarda iştirak edən 62916 şagirdin və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş 723 şagirdin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib.

Hazırda Mərkəz tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Yekun qiymətlər tezliklə “Şagird-məzun” sisteminə daxil ediləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR