Aqil Abbas: "O müəssisələrdə təhsil haqları xalqın büdcəsinə uyğun olmalıdır"
Bizi izləyin

Elm və təhsil

Aqil Abbas: "O müəssisələrdə təhsil haqları xalqın büdcəsinə uyğun olmalıdır"

“Liseyin bağlanılmasına əsas səbəb kimi sırf maliyyə çatışmazlığı göstərilir. Heç kimə sirr deyil ki, özəl təhsil müəssisələrində - həm ali, həm də orta məktəblərdə təhsil haqqı kifayət qədər yüksək məbləğdə olur”.

Bu sözləri Publika.az-a millət vəkili Aqil Abbas “İstək” liseyinin bağlanılması ilə bağlı danışarkən deyib.

"Lakin bir müddət sonra təhsil haqqını ödəmək mümkünsüz hala gəlir. Fikrimcə bunun haqqında ciddi düşünmək lazımdır. Düşünürəm ki, ümumiyyətlə, təhsil pulsuz olmalıdır. Çünki bir ölkənin inkişafı, millətin gələcəyi üçün yaxşı təhsil hamıya bərabərhüquqlu şəkildə əlçatan olmalıdır. Azərbaycan kimi imkanlı, varlı, kifayət qədər inkişaf etmiş bir ölkə bunun öhdəsindən gələ bilər".

Ancaq biz demokratik ölkədə yaşayırıq. Təbii ki, imkanı olan özəl universitet də, məktəb də aça bilər. Bu, bizim üçün sadəcə sevindirici haldır. Lakin bir şeyə diqqət etmək lazımdır ki, o müəssisələrdə təhsil haqları mənim, sizin, bütün xalqın büdcəsinə uyğun olmalıdır.

İndi özəl bağçalarda təhsil haqqı beş yüz-altı yüz, hətta səkkiz yüz manat qoyulub. Bir uşaq bir bağçada səkkiz yüz manatlıq nə yeyə bilər axı? Onun bir aylıq xərci heç iki yüz manat eləmir. Eyni zamanda da özəl məktəblərdə və universitetlərdə bu hal təkrarlanır. Təbii ki, müəllimlər də yüksək maaş almalıdır. Ancaq qiymətlər bu qədər fantastik olmamalıdır”.

Millət vəkili hesab edir ki, istər dövlət, istərsə hər hansı özəl təhsil müəssisənin bağlanması üzücü haldır: "Ancaq bir halda ki, lisey bağlanıb, Təhsil Nazirliyi həm liseyin müəllimlərinin işlə təmin edilməsi, həm də şagirdlərin məktəblərə yerləşdirilməsi məsələsini həll edəcək".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm