DİM 26 min şagirdi imtahana çəkir
Bizi izləyin

Elm və təhsil

DİM 26 min şagirdi imtahana çəkir

Bu gün Dövlət İmtahan Mərkəzi 26014 abituriyent üçün növbəti imtahan keçirir.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanların idarə olunması üçün operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda növbəti imtahanlar keçirir.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX sinif və XI sinif şagirdləri iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm