MEK jurnalistləri mükafatlandırdı - FOTO
Bizi izləyin

Elm və təhsil

MEK jurnalistləri mükafatlandırdı - FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 22 iyul Milli Mətbuat Günü münasibəti ilə "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MEK-in direktoru Leyla İmanova MEK-in milli mətbuat ilə informasiya resurslarını birləşdirilməsini, "təhlükəsiz informasiya" prinsiplərinin formalaşdırılmasını, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsini, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılmasını təklif edib: "Kitabxana tərəfindən Milli rəqəmsal yaddaş layihəsi həyata keçirilir. Həmçiniun vikipediyada Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı məqalələr yerləşdiririk. Bununla yanaşı yerli media qurumları ilə əməkdaşlıq bizim üçün vacibdir. Ona görə də media rəhbərlərini arxivlərinin qorunması üçün əməkdaşlığa dəvət edirəm. Artıq bəzi qəzetlərlə bu əməkdaşlığımız var. Bəzi sayt rəhbərləri 10 il əvvəl saytda gedən materialı arxivdən əldə edə bilmədiklərini deyirlər. Bunun müxtəlif səbəbləri olur. Həmin saytların arxiv və fondları sığortalamaq üçün onları sistemləşdirilmiş şəkildə araşdırıcılarımızın istifadəsinə vermək üçün,eyni zamanda fondlarını zənginləşdirmək üçün fondlarımızı birləşdirməyi təklif edirəm. Bu həm də informasiyaların təhülkəsizliyinin qorunması üçün də vacib addım olar".

Sonra çıxış edən Sərbəst elektron resursları iş şöbəsinin əməkdaşı Gülarə Səbzəliyeva, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, İnnovativ layihələr şöbəsinin müdiri Günel Əhədova Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti barədə məlumat veriblər.

Daha sonra Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli medianın son illər ölkədə baş verən ictimai-siyasi hadisələrdəki rolundan danışıb:

“Azərbaycanda sabitliyin qorunmasında, ictimai rəyin formalaşmasında Azərbaycan mediasına təşəkkür düşür. Bu da həm vətəndaşlar, həm də ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan mediası dünyada və ölkəmizdə baş verən hadisələrə operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsir edir”.

MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib. Mükafatlandırılanlar arasında "Publika.az" xəbər portalı da olub.

Həmçinin kitabxananın media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsi elan edilib. MEK Azərbaycan dövlətçiliyi maraqları baxımından strateji hədəfi olan informasiyanın təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini təbliğ edən media qurumları və müəllifləri müəyyən edib icimaiyəttə təqdim edəcək. Layihə sentyabrın 1-dən noyabrın 30-dək davam edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm