Elm və təhsil
Dünyanın ilk geni dəyişdirilmiş insanı - Bu addımı niyə atdığına inanmayacaqsınız - FOTO
Bir neçə il öncə fantastika saydığımız əhvalatlar artıq yavaş-yavaş real fakta çevrilir. Bəzən hətta heyvanlar üzərində aparılan elmi təcrübələrin insanlara tətbiq olunduğunun da şahidi oluruq. Alimlər çoxdandır ki, insan ömrünü uzatmaq üçün əllərindən gələni edirlər. İnsanı gənc saxlamağın ən başlıca yolu isə onun genlərini dəyişdirməkdir.
Publika.az xəbər verir ki, Elizabet Perriş Bio Viva elmi-tibbi mərkəzinin rəhbəridir. Elizabet planet tarixinə ilk geni dəyişdirilmiş insan kimi düşüb.
Orqanizmimizin telomer adlı xromosomları azalmağa başladıqca qocalma prosesi də sürətlənir. 2015-ci ildə isə Elizabetin orqanizminə öz istəyilə telomerin artıran maddə yeridilib. Lakin Perriş bədəni qocalmaqdan qoruyan bu maddənin əks təsirindən sığortalanmayıb. Yəni istənilən an telomerin artması iıə yanaşı, bədən iflic ola, ən pis halda isə ölə bilər. Perriş etiraf edir ki, bu addımı elm yolunda atıb. Təcrübə Kolumbiyada aparılıb. Çünki ABŞ-da insan üzərində aparılan bu təhlükəli addımlar cinayət sayılır.
Elizabetin təcrübəsinin nəticəsi - dünyanın ən cəsur qadınının bioloji yaşı 20 il gəncləşib.
Nədir axı qadınların bu gənclik, gözəllik sevdası? Ölümü belə gözə alıb, gənc qalmaq istəyənlər hələ də varsa, demək gözəllik var.
Leyla Sarabi
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!