İmtahan sualının cavabı qalmaqala səbəb oldu
Bizi izləyin

Elm və təhsil

İmtahan sualının cavabı qalmaqala səbəb oldu

İyulun 26-da keçirilən qəul imtahanında II ixtisas qrupu üzrə test imtahanında tarix fənnindən olan sual müzakirəyə səbəb olub.

Publika.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov imtahandan bir neçə saat sonra açıqlamasında D variantı sual kitabçasında (eyni test tapşırığı B variantında da var) 91 saylı test tapşırığının iki doğru cavab variantının olduğunu qeyd etmişdi.

Lakin Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri bu test tapşırığında səhv olmadığını, tam cavab tələb olunduğunu bildirdi.

Yenidən məsələ barədə məlumat paylaşan Kamran Əsədov bu test tapşırığı ümumiyyətlə səhv olduğunu açıqlayıb.

Zəhmət olmasa Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri Azərbaycan Respublikası Konstitusiyası açıb oxusunlar. Test tapşırığında soruşulur ki, hakimliyə namizədlərə aid olan xüsusiyyətləri seçin. Amma cavab variantında olan xüsusiyyətlər hakimliyə namizədlərə aid deyil, hakimlərə aiddir. Yəni bu test tapşırığında ümumiyyətlə doğru cavab yoxdur.
Ölkərazisində ən yüksək hüququ qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasında bu məsələ aydın göstərilib:
Maddə 126. Hakimliyə namizədlərə aid tələblər
I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

II. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Yəni maddənin birinci hissəsində göstərilən şərtlər hakimliyə namizədlər, ikinci hissədə qeyd olunanlar isə hakimlərə aiddir. Amma test tapşırığında məhz birinci hissə soruşulur. Hakim ayrı məvhumdur, hakimliyə namizəd ayrı. İndi də desin görüm, bu sual doğrudur, yoxsa səhv? Özünüz düzgün oxuya bilmirsiz , necə abituriyentdən bunu tələb edə bilərsiniz?
Sizin mütəxəssis - ekspertlər test tapşırığını yazanda, seçəndə qarşılarında kitab olur. Baxıb yazırlar. Amma abituriyentlərin elə bir imkanı olmur. Diqqətli olmaq lazımdır. Əminliklə deyə bilərəm ki, bu test tapşırığı ulduz ilə işarələnib abituriyentlərin xeyrinə qəbul edilməlidir. Dövlət İmtahan Mərkəzi mütəxəssisləri zəhmət olmasa, gedib öncə hakimliyə namizədlə,hakim ifadələrinin fərqini öyrənsinlər. Sonra da çıxıb desinlər ki, sual səhvdir ya yox”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm