Bütün dünya bu hadisəni gözləyir - Rekord QEYDƏ ALINACAQ
Bizi izləyin

Elm və təhsil

Bütün dünya bu hadisəni gözləyir - Rekord QEYDƏ ALINACAQ

İyulun 27-də Dünya Günəşlə Ay arasında olacaq, bu zaman Ay Dünyanın kölgəsində qalacaq. Bununla ilin sonuncu Ay tutulması baş verəcək.

Publika.az xəbər verir ki, bu dəfəki Ay tutulması 1 saat 43 dəqiqə davam edəcək.

Bu zaman Mars, Yupiter və Saturn Yerə ən yaxın məsafədə olacaq. Göy üzü çox parlaq şəkildə görünəcək. Alimlər bildirir ki, bu tutulma XXI əsrin ən uzun Ay tutulması olacaq. Adətən Ay tutulmas maksimum 1 saat 47 dəqiqəyə qədər davam edə bilir.

Dünyanın kölgəsinin Ayı tamamilə qaranlıqda qoyması nəticəsində tam Ay tutulması baş verəcək. Buna görə Ay qırmızı görünəcək, ona görə bu təbiət hadisəsinə həm də "Qanlı Ay tutulması" deyilir. Bu Ay tutulmasını dünyanın bir çox ölkələrində müşahidə etmək mümkün olacaq.

İyulun 27-dən 28-ə keçən gecə baş verəcək Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq. Ay tutulması iyulun 27-də axşam saat 22:24:27-də başlayacaq, iyulun 28-i gecə saat 02:19:00-da başa çatacaq. Tam tutulma 23:30:15-də başlayacaq, maksimum tutulma 00:21:44-də olacaq. Tam tutulma 01:13:11-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm