3 mindən çox namizəd müəllim olmaq üçün yarışır
Bizi izləyin

Elm və təhsil

3 mindən çox namizəd müəllim olmaq üçün yarışır

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə,bu gün keçiriləcək fizika və texnologiya üzrə test imtahanlarında 3468 namizədin iştirakı gözlənilir.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. İyulun 27-də tarix və kimya üzrə imtahanlarda 2977 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq hər iki fənn üzrə 59 bal qeydə alınıb.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm