Qəbul imtahanının nəticələri BU GÜN AÇIQLANACAQ
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanının nəticələri BU GÜN AÇIQLANACAQ

İyulun 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş imtahan nəticələri bu gün açıqlanacaq.

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, iyulun 27-dən etibarən isə imtahanda istifadə olunmuş tapşırıqların məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb və hazırda Komissiya işini davam etdirir.

Bu gün axşam saatlarında imtahan nəticələrinin elan olunması nəzərdə tutulur. Nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə yenidən canlı yayım ediləcək. Canlı yayımda Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.

Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq. Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi göstərilməlidir.

Qeyd edək ki, iyulun 26-da imtahandan dərhal sonra «Space» telekanalında 3 saat müddətində canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib.

Bundan əlavə test tapşırıqlarının doğru cavab etalonları, sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm