Fəaliyyəti dayandırılan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Fəaliyyəti dayandırılan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA

Bakı İslam Universitetinin fəaliyyəti dayandırılır.

Publika.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.

O bildirib ki, artıq birinci kursda təhsil alan tələbələr digər ali məktəblərə köçürülür.

“Mənə verilən məlumata görə institutun fəaliyyətini dayandırması maliyyə çatışmazlığı ilə əlaqədardır. Yəni xərcləri çoxdur. Amma bu il ilk dəfə olaraq bu universitet elə birinci turda plan yerlərini 100 faiz doldurdulu. Bakı İslam Universitetinin fəaliyyətini dayandırmasının yeni yaradılan İlahiyyat İnstitutu ilə əlaqədar olduğunu düşünmürəm. Çünki hər iki təhsil müəssisəsi dövlətçilik ənənələrinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərib. Universitet tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər”.

Bakı İslam Universitetinin təsisçici Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Publika.az-a açıqlamasında bildirib ki, birinci kurs tələbələrinin köçürülməsi İlahiyyat İnstitutunun yaradılması ilə əlaqədardır: “Bu il Bakı İslam Universitetə qəbul aparıldı və qəbul göstəriciləri də əvvəlki illərə nisbətən yüksək oldu. Bildiyiniz kimi bu il həm də İlahiyyat İnstitutu yaradıldı və həmnin universitetdə yaradılan bəzi ixtisaslarla Bakı islam Universitetinin ixtisasları üst-üstə düşürdü. Həmin universitetdə təhsilin pulsuz olması nəzərə alınaraq təsisçi olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən belə bir qərar qəbul edildi. Hazırda tələbələrin köçürülməsi prosesi həyata keçirilir. Tələbələr qəbul ballerina uyğun olaraq Dövlət İmtahan Mərkəzinin nəzarəti altında köçürülür. Digər kursların tələbələri ilə tədrisi davam etdirir”.

Gələn ildən Bakı İslam Universitetinə qəbulun aparılıb-aparılmayacağına gəldikdə, R.Dadaşova bu barədə məlumatsız olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm