Elm və təhsil
Azərbaycanda əhali arasında daha çox depressiya yayılıb - Gəray Gəraybəyli
Azərbaycanda əhali arasında daha çox sərhədyani psixi xəstəliklər – affektiv pozuntular, əhval-ruhiyyə pozuntuları, xüsusilə depressiya kimi psixi xəstəliklər müşahidə edilir.
Bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.
Onun sözlərinə görə, ölkədə depressiya və depressiv spekterli xəstəliklərdən əziyyət çəkənlərin sayı artmaqdadır. Bununla yanaşı, stres, gərginlikdən yaranan xəstəliklər olan təşviş, həyəcan pozuntuları-nevrozlardan da əziyyət çəkənlərin sayı artır. Kəskin psixozlar, məsələn şizofreniya xəstəliyində isə çox böyük artım müşahidə edilmir. Bu xəstəliklə il ərzində xəstələnmə göstəricisi təxminən 1 faiz civarında olur.
G.Gəraybəyli qeyd edib ki, depressiyalar, affektiv pozuntular daha çox qadınlar arasında müşahidə edilir. Nevrotik pozuntular – təşviş, həyəcan pozuntularına isə daha çox kişilər arasında rast gəlinir.
Mütəxəssis psixi xəstəliklərin daha çox cavan və orta yaşlı insanlar arasında müşahidə edildiyini də söyləyib.
Professor qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayının artması isə psixiatriya yardımı üzrə tibbi xidmətin səviyyəsinin yüksəlməsi ilə izah oluna bilər:
"Son illər psixiatriyada aparılan islahatlar məhz ona yönəlib
ki, regionlarda psixi kabinetlər yaransın. Bunların ilk məqsədləri
ilkin diaqnostikanın qoyulması, xəstələri tez aşkar etmək və
diaqnoz qoymaqdır. Psixi xəstələrin sayının artması məhz ilkin
yardım xidmətinin yaxşılaşdırılması ilə bağlıdır".
G.Gəraybəyli ölkədəki psixi xəstələrin dəqiq sayının
müəyyənləşdirilməsini də mümkünsüz sayıb:
"Biz psixi xəstələrin sayı ilə bağlı real rəqəmi heç vaxt öyrənə bilməyəcəyik və müəyyən edə bilməyəcəyik ki, bu il psixi xəstələrin sayı nə qədərdir, onların sayı nə qədər artıb. Çünki psixi xəstəliklərin təzahürləri müxtəlifdir və psixi xəstəliyə tutulan insan heç vaxt dərhal psixiatriya xəstəxanasına, həkimə müraciət etmir. Həkimə müraciət etdikdə də onu ya cürbəcür üsullarla müalicə edirlər, ya da davranışı pozulmuş, özünə qapalı şəxsi heç xəstə kimi qəbul etmirlər".
Rektor depressiyaya düşdüyünü deyən bəzi şəxslərin apteklərdən reseptsiz aldıqları antidepressant dərmanlarla özbaşına müalicəsinə də münasibət bildirib:
"Nəzərə alınmalıdır ki, depressiya bir xəstəlikdir. Ümumiyyətlə, hər hansı bir xəstəliyin müalicəsinin həkim məsləhəti olmadan kortəbii şəkildə aparılmasının, qonşunun, yaxud kiminsə məsləhəti ilə dərman alıb içməyin tam əleyhinəyəm. Söhbət xüsusilə daha ciddi dərmanlardan gedir. Dərman hətta xəstəliyin əlamətini də dəyişə bilər və bu vəziyyətdə həkimə gedən pasiyent həkimi diaqnozun qoyulmasında çaşdıra bilər. Ona görə də hesab edirəm ki, həkim məsləhəti olmadan hansısa dərmanı qəbul etmək düzgün deyil". (trend)
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO