Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
Bizi izləyin

Elm və təhsil

Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ

Alimlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bioloji silah - genetik modifikasiya olunmuş virusun yayılması üçün həşəratların yaradılması üzərində iş aparmasına şübhə edirlər. İstehsalçıların özləri isə iddia edirlər ki, texnologiya bitkilərin xüsusiyyətlərinin yaxşılaşması üçün lazımdır və yalnız fayda üçün istifadə olunacaq.

Publika.az xəbər verir ki, Fransada Təkamül Elmləri İnstitutu və Almaniya Frayburq Universitetinin alimlərinin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) “Həşərat-müttəfiqlər” (Insect Allies) layihəsi çərçivəsində genetik modifikasiya olunmuş virusların yayılması üçün istifadə edilmiş ola bilərlər.

Alimlər öz qorxularını “Science” jurnalında dərc olunan məqalədə ifadə ediblər. Onların sözlərinə görə, bu, Bioloji silah haqqında Konvensiyanın pozulmasıdır.

“Insect Allies” proqramı bitkilərin genlərinin dəyişdirilməsi üçün həşəratlardan istifadəni nəzərdə tutur. Beləliklə, proqram iştirakçıları xəstəlik, quraqlığa və bitkilər üçün xarakterik olan digər təhlükələrə immunitet yaratmağa ümid edir. Bu sahədə araşdırmalar 2016-cı ildə başlanıb. Araşdırmalar üçün 45 milyon dollar ayrılıb.

Amma alimlərdə belə yanaşma şübhələrə səbəb olur ki, proqramla bağlı məlumatlar son dərəcə məhdud görünür.

“Konvensiya istənilən bioloji agentlərin hazırlanmasını qadağan edir. Hazırlanan metoda nəzarət etmək çətindir. Bundan başqa, virusları tozlandırma vasitəsilə bitkilərə calaq etmək daha sadə olacaq. Bu, qalan dövlətləri bioloji silahı hazırlamağa başlamağa vadar edə bilər”, - tədqiqatın müəlliflərindən olan Silya Voenek bildirib.

Layihənin meneceri, Bleyk Bekstayn isə bütün iddiaları inkar edir.

“DARPA nə bioloji silah, nə də onun çatdırılması üsulunu yaradır. Əgər biz bioloji silahı hazırlamaq istəsəydik, onda niyə universitetlərdən tədqiqatlar üçün öz ideyalarını təklif etməyi xahiş edirik”, - o deyib.

Eyni zamanda o, “Vaşinqton Post” nəşrinə müsahibəsində etiraf edib ki, “Insect Allies” proqramı çərçivəsində hazırlanan bir sıra texnologiyalar “ikiqat təyinat”a malik ola və həm müdafiə, həm də hücum üçün tətbiq edilə bilər.

“Düşünürəm ki, istənilən inqilabçı texnologiyanın hazırlanması zamanı onun ikiqat istifadəsi potensialı olmalıdır. Amma biz bitkiləri yaxşılaşdırırıq, müsbət hədəfə yönəlmişik. Biz ərzaq təhlükəsizliyini təmin etmək istəyirik, çünki ərzaq təhlükəsizliyi bizim nəzərimizdə milli təhlükəsizlikdir”, - Bekstayn deyib.

ABŞ hökumətində təhlükəsizliyə münasibət isə spesifikdir. Yaxın vaxtlarda “Gazeta.ru” nəşrinin yazdığına görə, Tramp administrasiyasının fikrincə, bir az radiasiya əhaliyə zərər vurmayacaq. Administrasiya öz qərarında ayrı-ayrı mütəxəssislərin fikrinə söykənir. Həmin mütəxəssislər hesab edirlər ki, radiasiyanın aşağı səviyyəsi zərərli deyil və günəş şüalanmasının kiçik dozaları kimi insanın orqanizmi üçün faydalıdır. Bu qərarın tənqidçiləri ehtiyat edirlər ki, təklif edilən dəyişikliklər şüalanmanın yüksəldilmiş dozalarına gətirib çıxara bilər. Onla bu dozanı atom müəssisələrinin işçiləri, rentgen aparatları və kompüter tomoqrafiya aparatları ilə işləyən həkimlərin aldığı şüalanmanın dozası ilə müqayisə edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm