DİM 100-ə yaxın imtahanı keçirmək hüququ əldə edib
Bizi izləyin

Elm və təhsil

DİM 100-ə yaxın imtahanı keçirmək hüququ əldə edib

Dövlət İmtahan Mərkəzində akademik ingilis dili (PTE Academic) və müxtəlif sahələr üzrə “Pearson Vue” test provayderi tərəfindən təqdim edilən imtahanların keçiriləcəyi mərkəz fəaliyyətə başlayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, artıq “PTE Academic” ingilis dili, eləcə də müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar təqdim edən imtahanları Dövlət İmtahan Mərkəzində vermək mümkün olacaq.

Dövlət İmtahan Mərkəzi “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən “PTE Academic”, həmçinin müxtəlif sahələrə aid (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) 100-ə yaxın imtahanı keçirmək hüququnu əldə edib.

Qeyd edək ki, “Pearson VUE” təhlükəsiz şəraitdə onlayn imtahanlar keçirən və test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunur. “Pearson VUE” hər il 14 milyondan çox insanın imtahan verdiyi, Microsoft, CFA, CİMA, HP, Cisco, və s. şirkətlərin tərəfdaşı olduğu test mərkəzidir.

Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz imtahanların siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

İmtahanlarda iştirak etmək üçün pearsonvue.com saytında hesab açmaq lazımdır. Daha sonra imtahan verəcəyiniz proqramı seçib şəxsi hesabınıza daxil olursunuz və qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçərkən imtahan verəcəyiniz test mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzini seçdikdən sonra DİM-də mümkün olan imtahan günləri və s. məlumatları əldə edə bilərsiniz.

Dövlət İmtahan Mərkəzində “PTE Academic” ingilis dili imtahanları həftənin I,III,V günləri saat 10:00–13:00-da, müxtəlif sahələr (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) üzrə keçirilən digər imtahanlar isə həftənin I və V günləri 10:00–13:00-da, III günü isə 14:00–17:00-da keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm