Bu dövlət qurumlarına işə qəbul başladı
Bizi izləyin

Elm və təhsil

Bu dövlət qurumlarına işə qəbul başladı

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə ümumilikdə 16 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (3 vəzifə) və B (73 vəzifə) növünə aid olan 76 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat noyabrın 15-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 15 noyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

  • Dövlət Mülki Aviasiya Agentliyi (16 vəzifə) – AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 11, BB2 altqrupu üzrə 2
  • Energetika Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyində BA4 altqrupu üzrə 6 vəzifə
  • 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə
  • Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə
  • Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə
  • Sumqayıt Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 3 vəzifə
  • Təhsil Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
  • Salyan Rayon Məhkəməsi BB4 altqrupu üzrə 1 vəzifə
  • Şirvan Şəhər Məhkəməsi BB4 altqrupu üzrə 5 vəzifə
  • Ağcabədi Rayon Məhkəməsi BB4 altqrupu üzrə 4 vəzifə
  • Abşeron Rayon Məhkəməsində BB4 altqrupu üzrə 9 vəzifə
  • Bərdə Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə
  • Saatlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
  • Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə
  • Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsində BA3 altqrupu üzrə 1 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 76 vakant vəzifənin 15- i 5-ci təsnifata, 25-i 6-cı təsnifata, 36-sı isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 2-si AC, 14-ü BA, 59-u isə BB vəzifə qrupuna aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm