BDU-da “50+50” qrant proqramının qalibləri ilə görüş
Bizi izləyin

Elm və təhsil

BDU-da “50+50” qrant proqramının qalibləri ilə görüş

Bakı Dövlət Universitetində universitetdaxili "50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra işlərin görüldüyünü, “50+50” qrant proqramının da bu qəbildən olduğunu bildirib.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə 2018-2019-cu illəri əhatə edən 50+50 qrant proqramı müsabiqəsində 89 nəfərin iştirak etdiyini, onlardan 75 nəfərə 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin iyun ayının 30-dək, 9 ay müddətinə fərdi qrantlar ayrıldığını bildirib.

Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva iştirakçılara qrant proqramının şərtləri, sənədləşmə və iş əsnasında yaranacaq məsələlər haqqında məlumat verib.

Xatırladaq ki, universitetdaxili “50+50” qrant proqramı BDU-da çalışan professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr pilləsində təhsil alan tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirmək məqsədi ilə 2009-cu ildən təsis edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm