Bü gecə bütün gözlər Aya DİKİLƏCƏK
Bizi izləyin

Elm və təhsil

Bü gecə bütün gözlər Aya DİKİLƏCƏK

Şamaxı Astrofizika Rəsədxanasında Ayın teleskopla müşahidəsi təşkil ediləcək.

Rəsədxanadan Publika.az-a verilən məlumata görə, müşahidə bu gün Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində (hava şəraiti əlverişli olarsa) baş tutacaq.

Şamaxı Astrofizika Rəsədxanasına hər kəsi Ayı teleskopla müşahidə etməyə dəvət edir.

Qeyd edək ki, 2010 -ci ildən başlayaraq hər il bütün dünyada Beynəlxalq Ay Müşahidəsi Günü qeyd olunur.

Məqsəd hər il bir gün bütün Yer üzündə olan hər kəsi Ayı birlikdə müşahidə etməyə və öyrənməyə dəvət etmək.Bu il bu hadisə dünyanın bir çox ölkələrində 800-dən artıq tədbirlə qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm