Yeni üsulla keçirilən sınaq imtahanının nəticələri açıqlandı
Bizi izləyin

Elm və təhsil

Yeni üsulla keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Publika.az xəbər verir ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm