Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək
Bizi izləyin

Elm və təhsil

Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək

Çin “Çan'e-4” kosmik proqramı çərçivəsində Ayın Yerdən görünməyən hissəsinə ixtiraçı aparat göndərməyi planlaşdırır.

Publika.az xəbər verir ki, adı çəkilən proqram çərçivəsində 2020-ci ildə Ayın görünməyən hissəsinə platforma endiriləcək və rover oradan hərəkətə başlayacaq. Ayın görünməyən hissəsinə endirilən roverin təsviri artıq təqdim olunub.

Chang'e-4 adlı roverin yerüstü hər cür sınağı keçirilib, lakin start tarixi hələ dəqiqləşdirilməyib. Səthə enən modulda enmə kamerası, iki ədəd lanşaft kamerası, Günəş alışmalarının aşağı tezlikli spektrometri vasitəsi ilə öyrənilməsi avadanlığı, xüsusi bioloji eksperimentlər aparmaq üçün konteyner və neytron dozimetri kimi elmi avadanlığın olması nəzərdə tutulur.

“Çan’e-4”proqramı çərçivəsində iki mikropeyk (hər biri 45 kq) səma obyektlərinin 1MqH-30 MqH arası (300 m-10 m) energetik hadisələrinin müşahidəsini və qeydiyyatını aparacaq.

Qeyd edək ki, bundan əvvəl Yerin ionosferinin maneəsinə görə belə müşahidələr aparılmırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm