Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir
Bizi izləyin

Elm və təhsil

Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir

Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayın keçirilməsinin əsas məqsədi son 5 ildə təhsil sahəsində keçirilən islahatlar, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasın”da müəyyənləşmiş hədəflər barədə məlumatlandırmaqdır.

Publika.az xəbər verir ki, qurultayda Prezident Admisntrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şiurasının sədri Məleykə Abbaszadə, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edir.

Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə təmsil olunur. Qurultayda "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi medalı” ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm