Nazir: "Əmək bazarında yeni ixtisaslara ehtiyac yaranacaq"
Bizi izləyin

Elm və təhsil

Nazir: "Əmək bazarında yeni ixtisaslara ehtiyac yaranacaq"

Yaxın illərdə əmək bazarında yeni ixtisaslara ehtiyac yaranacaq. Biz də təhsilin keyfiyyətini bu istiqamətdə yüksəltməli, təmayülləşməyə marağı daha da artırmalıyıq.

Publika.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, buna görə də ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması və innovasiyaların tətbiqi qarşıda duran vəzifələrdəndir: “Xüsusən, riyaziyyat, informatika, robototexnika, nanotexnologiyaların ümumi təhsilə tətbiqi prioritet olmalıdır. Təhsilin potensialı müəllimlərin bilik və bacarıqlarından üstün ola bilməz. Buna görə də, müəllimlərin bilik və bacarıqlarının artırılması bu sahədə əsas hədəflər kimi müəyyən edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm